Azərbaycanda “Dəmiryol keçidlərinin istismarı Qaydaları” təsdiq edilib

Nazirlər Kabineti "Dəmiryol keçidlərinin istismarı Qaydaları”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar yalnız qatara (hərəkət tərkibinə) yol verməklə dəmiryol keçidlərindən keçə bilərlər. Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (hərəkət tərkibinin) olmadığını yəqin etməli, "Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























