• $
  • €
  • ₽
  • ₺
  • £

“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı!

“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı!
01.02.2024 15:52
Azercell və Azərbaycan Cüdo Federasiyasının ortaq layihəsi Azərbaycan reklam və marketinq tarixində ilk dəfə olaraq "Epica Awards” mükafatına layiq görüldü.

 "Qızlara ağ yaraşır” layihəsi "Epica Awards” festivalında 2 nominasiya üzrə medallara layiq görülüb. Festivalın münsiflər heyəti yalnız marketinq və kommunikasiya sahəsi üzrə ixtisaslaşmış 115 jurnalistlərdən ibarətdir. Sosial  layihə "Ünsiyyət və İctimai Xidmətlər” kateqoriyasında gümüş, "İdmanla Bağlı Reklam Kampaniyası” kateqoriyası üzrə isə bürünc mükafat əldə edib. Qeyd edək ki, 115-dən çox jurnalistin dəyərləndirmə apardığı bu festivalda ilk dəfədir ki, Azərbaycanı təmsil edən layihə mükafata layiq görülüb.
 
"Qızlara ağ yaraşır” layihəsi bundan öncə "Ad Black Sea” beynəlxalq festivalında və Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalı — "Red Jolbors”da Qran-pri və müxtəlif mükafatlar əldə etmişdi.
 
Ölkənin lider mobil operatoru Azercell və Azərbaycan Cüdo Federasiyasının birlikdə həyata keçirdiyi sosial kampaniyanın əsas məqsədi qızları cüdoyla məşqul olmağa həvəsləndirməklə onları sağlam və fəal həyat tərzi sürməyə təşviq etmək, həmçinin erkən nikahlara qarşı mübarizə aparmaq idi.
Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub.
 
"Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün: https://qizlaraagyarasir.az/#
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol