Seçkiləri izləmək üçün 86 459 müşahidəçi qeydiyyatdan keçib - Rövzət Qasımov

Prezident seçkilərini izləmək üçün 86 min 459 müşahidəçi qeydiyyatdan keçib. Bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov deyib.
Qasımovun sözlərinə görə, ən geniş beynəlxalq müşahidə missiyasını həyata keçirəcək təşkilatlar 1000-1400 arası seçki məntəqəsində prosesin gedişini müşahidə edib.
" Bir çox Avropa təşkilatlarının tələb etdiyi standart, yəni səsverməni izləmək müddəti 20-25 dəqiqədir. Bununla səsvermə prosesi haqqında fikir formalaşır. Amma bizim veb-kameralar vasitəsilə bütün səsvermə prosesini əvvəldən sonadək izləmək mümkün olacaq", - o əlavə edib.
O seçki məntəqələrində veb-kameraların quraşdırılması prosesinin yekunlaşdığını vurğulayıb.
"Atdığımız ən mühüm addımlardan biri kameraların istiqamətinin təkmilləşdirilməsidir. Səsvermə günü seçicilərə təsir mexanizmi ola biləcək hər hansı halların qarşısını almaq məqsədilə addımlar atılıb. Beləliklə, kameralar heç bir halda səsvermə kabinalarına yönələ bilməz. Əvvəlki seçkilərdə yayılan görüntülərin incələnməsi ilə məlum olub ki, bu cür quraşdırılan kameralar səsvermə keçirilən müəssisələrin təhlükəsizlik kameraları imiş. Veb-kameralara baxışın 30 faizi ölkə hüdudlarından kənardan izlənmələrdir", - o deyib.
MSK sədri Məzahir Pənahov veb-kamera quraşdırılmasında məqsədin insanları güdmək olmadığını bildirib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























