• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs  Azərbaycana ekstradisiya edilib
03.02.2024 09:46
Fevralın 3-də daha bir nəfər beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilmiş Əli Hüseynovun yeri Macarıstan Respublikasında müəyyən olunub və o, həbs edilib.

Həmin şəxsin ekstradisiyası ilə bağlı nazirliyin sorğusu və təqdim etdiyi beynəlxalq prosedurlara uyğun bütün tələb olunan sənədlər əsasında razılıq əldə olunaraq Ə.Hüseynov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Macarıstandan ölkəyə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə tədbirlər davam etdirilərək cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilir, cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

Ötən ay beynəlxalq axtarışda olan bir nəfər Kolumbiyadan gətirilib, kiber və mülkiyyət əleyhinə cinayətləri törədən 2 şəxsin isə Avropa dövlətlərindən Azərbaycana ekstradisiyası məsələsi artıq razılaşdırılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol