Sumqayıtdan gələn sürət qatarı piyadanı vurub

Fevralın 5-də Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan sürət qatarı dəmir yolu xəttini müəyyən olunmamış ərazisidən keçən qadını vurub. Bu barədə Azərbaycan Dəmir Yollarının açıqlamasında qeyd olunub.
"Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Qəza nəticəsində qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb. Sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub", - məlumatda deyilir.
Azərbaycan Dəmir Yolları piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərininin düzgün yerlərindən keçməyə çağırıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























