Bakı bulvarında iranlı soyuldu

Bakıda, Dənizkənarı Milli Parkda bir qrup naməlum şəxslər İran vətəndaşını qarət ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, qarətçilər Darbat Şərifliyə zor tətbiq ediblər. Onun üzüyü, boyunbağı və mobil telefonunu əlindən alıblar. Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs məlum olub. Keçirilən əməliyyat zamanı Nikita Zarbailov, Vüqar Ağcayev və Gürcüstan vətəndaşı Azim Musayev tutulublar.Faktla bağlı araşdırma aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























