Sumqayıtda kütləvi zəhərlənmə olub - Yenilənib

08.02.2024-cü il tarixində saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.
Bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib.
Hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
21:01
Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub.
APA xəbər verir ki, müəssisədə işləyən 4 qadın - Behbudova Asudə Əşrəf qızı, Əliyeva Nuranə Pərviz qızı, Mahmudova Gülpəri İbrahim qızı və Yarmədova Simnarə Ağabəy qızının dəm qazından zəhərləndikləri bildirilir.
Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























