Bakıda iki avtobusda nağdsız ödəniş tətbiq ediləcək

Sabahdan Bakıda Zığ qəsəbəsi – "Neftçilər" metrostansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini 8-ci km bazarı ilə əlaqələndirən 214 nömrəli şəhərətrafı müntəzəm marşrut xətlərində nağdsız ödəniş tətbiq ediləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























