Pasportlar haqda qanun dəyişdi

Milli Məclisinin bu gün keçirilən iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavələr layihəsi müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, layihəyə əsasən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarda xidmət keçən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik nümayəndəliklərin mühafizə idarəsinin zabit heyətinə diplomatik pasportlar veriləcək.Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























