Yanvarda qeydə alınmış cinayətlər 33,8% azalıb

2024-cü
ilin yanvarında qeydə alınmış cinayətlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə
33,8% azalıb. Bunu anews.az-a açıqlamasında Hərbi prokurorun böyük köməkçisi –
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad
Əliyev deyib.
"2023-cü ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvarında hərbi xidmət əleyhinə olan cinayətlər 18,5%, qeyri-hərbi cinayətlər 44,9%, hərbi xidmətdən yayınma cinayətləri 45,2%, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 35, 3% hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 85,7%və mülkiyyət əleyhinə olan cinayətlər 22,7% azalıb”, - Əliyev qeyd edib.
Onun
sözlərinə görə, yanvarda özünü öldürmə həddinə çatdırma cinayətləri ümumiyyətlə
qeydə alınmayıb.
www.anews.az
"2023-cü ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvarında hərbi xidmət əleyhinə olan cinayətlər 18,5%, qeyri-hərbi cinayətlər 44,9%, hərbi xidmətdən yayınma cinayətləri 45,2%, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 35, 3% hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 85,7%və mülkiyyət əleyhinə olan cinayətlər 22,7% azalıb”, - Əliyev qeyd edib.
Əliyev
bildirib ki, 2024-cü ilin yanvarında
qeydə alınmış cinayətlərin 100%-nin üstü açılıb.
Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























