• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell abunəçilərinin nəzərinə

Azercell abunəçilərinin nəzərinə
12.02.2024 16:18
Nəzərinizə çatdırmaq istərdik ki, bəzi abunəçilər son zamanlar "Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur. Bundan əlavə, fırıldaqçıların şirkət adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir.
 
Müştərilərimizdən gələn müraciətlər əsasında Azercell şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı Azercell və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər hansı bir əməliyyat aparılmayıb. Qeyd olunan xoşagəlməz halların "Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir. 

Bütün yuxarıda sadalananları nəzərə alaraq, Azercell şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:

- Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;

- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;

- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;

- Eləcə də, şübhəli məzmunlu internet saytlarından istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və s.-dən yararlanmayın;
- gələn SMS, "Whatsapp” mesajlarındakı şübhəli linklərə keçid etməyin;


Yeni nömrə əldə etmək məqsədilə yalnız Azercell şirkətinin rəsmi mənbələrindən istifadə edin:
• Rəsmi satış kanalı: www.azercellim.com saytı;
• Azercell Eksklüziv mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri: https://www.azercell.com/az/personal/azercell-stores.html


Abunəçilər yuxarıdakı linkdən istifadə edərək Azercell-in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.
Yarana biləcək hər hansı sual ilə bağlı yalnız Azercell şirkətinin rəsmi əlaqə vasitələrinə müraciət edin: 


• Onlayn Müştəri Xidmətləri https://www.azercell.com/az/;

• Azercell-in rəsmi "Facebook”, "Twitter” və "Instagram” səhifələri;

• Azercell Telefon Mərkəzi:

- Fakturalı xətt abunəçiləri üçün: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsi

- Fakturasız xətt (SimSim) abunəçiləri üçün: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa nömrəsi



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol