• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il yol qəzalarında ölən və yaralanan şəxslərin sayı açıqlanıb

Ötən il yol qəzalarında ölən və yaralanan şəxslərin sayı açıqlanıb
14.02.2024 13:04
2023-cü ildə Azərbaycanda 1636 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, 862 nəfər həlak olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.


"2023-cü ildə 1636 yol-nəqliyyat hadisəsi baş verib (2022-ci illə müqayisədə 1,9% azalma), bu hadisələr nəticəsində zərərçəkənlərin sayı 2,7% azalaraq 2229 min nəfər təşkil edib. Onlardan 862 nəfər ölüb (artım 3,4%), 1367 min nəfər yaralanıb (azalma 6,1%)”, - komitənin açıqlamasında bildirilib. 


Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,4 faizi, xəsarət alanların isə 72,3 faizi kişilərdir.


Ötən il sərxoş vəziyyətdə avtomobil idarə etmə nəticəsində ölüm və ya xəsarətlə nəticələnən 22 hadisə baş verib, nəticədə 6 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Qəzaların 17-si avtomobil sürücüləri tərəfindən törədilib.


Hesabat dövründə baş vermiş yol qəzalarının 39,7 faizi piyadaların vurulması ilə nəticələnib.


"Bütün yol-nəqliyyat hadisələrinin 39,7 faizi avtonəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,1 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib”, - açıqlamada bildirilib.


Statistik məlumatlara görə, hadisələrin 42,5 faizi gündüz, 38,9 faizi gecə, 18,6 faizi axşam saatlarında, 31,5 faizi isə istirahət günlərində baş verib.
 
N.Təbrizli
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol