ANAMA təmizlənən minalı ərazilərin sahəsini açıqlayıb

İşğaldan azad edilmiş ərazilərdə bu günə qədər( 10.11.2020 - 14.20.2023) 118502.6 ha ərazi minalardan təmizlənib. Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bu dövr ərzində 62228 ədəd partlamamış hərbi sursat, 31175 ədəd piyada əleyhinə mina və 18790 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın məlumatına görə, bu müddətdə 345 nəfər mina qurbanı var, onlardan 280 nəfər xəsarət alıb, 65 nəfər həlak olub.
Bundan əvvəl ANAMA açıqlama verərək bildirib ki, Ermənistan Azərbaycana azad olunmuş ərazilərdə mianalanmış sahələrlə dair 8 ədəd formulyarı verib, lakin formulyarlar qeyri-dəqiqdir.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir.
2023-cü ilin noyabrın 4-də BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva söyləyib ki, Azərbaycan minadan əziyyət çəkən ölkələr siyahısına daxildir.
Hazırda Azərbaycan minalardan əziyyət çəkən ilk 10 ölkə siyahısında yer alır.
2023-cü ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib