• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbul imtahanlarının vaxtı açıqlanıb

Qəbul imtahanlarının vaxtı açıqlanıb
15.02.2024 12:00
 Ali təhsil müəssisələrinə qəbul üçün keçiriləcək imtahanların vaxtı açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.

Məlumata gör, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu ötən il olduğu kimi, bu il də iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılacaq. Ərizə qəbulunun birinci mərhələsi martın 1-dən 15-dək həyata keçiriləcək.

"Ərizə qəbulunun 2-ci mərhələsi, yəni I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər aprelin 15-dən mayın 6-dək imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçəcəklər. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat isə mayın 31-dən iyunun 17-dək olan müddətdə aparılacaq.

II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçiriləcək.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdi aprelin 28-də, rezidenturaya qəbulun birinci mərhələsinin birinci cəhdi mayın 5-də, ikinci cəhdi iyunun 9-da, imtahanın ikinci mərhələsi isə avqustun 4-də keçiriləcək", - məlumatda qeyd olunub.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol