• $
  • €
  • ₽
  • ₺
  • £

Qubad İbadoğlunun həbs müddəti daha 3 ay müddətinə uzadılıb - Video/Yenilənib

Qubad İbadoğlunun həbs müddəti daha 3 ay müddətinə uzadılıb - Video/Yenilənib
15.02.2024 14:30
(xəbərə Qubad İbadoğlunun vəkilinin sözləri əlavə olunub)

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbs müddəti daha üç ay uzadıla bilər. Bunu iqtisadçı-alimin qardaşı Qabil Bayramov deyib.
 
"Bu gün məhkəmədə istintaq zamanı ailəsindən götürülən telefonların qaytarılması məsələsinə baxılmalı idi. Bizə vəkili Zibeydə Sadıqova bura gələndə məlumat verdi ki, Qubad İbadoğlunun həbs müddətinin uzadılması məsələsinə də baxılacaq. Görünürü iki məhkəməni yola vermək üçün sakitcə ard-arda salıblar. Məhkəmədən ədaləti qərar da gözləmirik. Yəqin ki, həbs müddəti daha 3 ay uzadılacaq", - Bayramov anews.az-a açıqlamasında bildirib. 
 
Qubad İbadoğlunun həbs müddəti mayın 20-ə qədər uzadılıb. Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
 
"Bununla əlaqədar olaraq istintaq vəsatətlə, prokurorluq isə təqdimatla məhkəmə qarşısında çıxış etdilər. Ona görə, məsələ ilə bağlı geniş müzakirə oldu. Qubad İbadoğlu özü də çıxış etdi. Müdafiə tərəfi çıxış edərək bildirdi ki, həbs müddətinin artırılmasına heç bir maddi, hüquqi əsas mövcud deyil. İstintaq əvvəldən yəni, həbs qətimkan tədbiri seçiləndən, İbadoğlu həbs olunandan sosial şəkildə qanunsuzluğu davam edir. Qanunsuzluğun miqdarı çox böyükdür. Buna yol vermək olmaz. Eyni zamanda biz prosesual məsələlərə də diqqəti cəlb etdik. Çünki, həbs qətimkan tədbiri seçilərkən və uzadılarkən əsasən insanın şəxsiyyəti, səhhəti, ailə vəziyyəti nəzərə alınır. Qubad İbadoğlunun şəxsiyyəti o qədər böyükdür ki, həbs qətimkan tədbirini istisna edir. O Azərbaycan elmi elitasında siyasi bir şəxsdir. Onun barəsində həbs qətimkan tədbiri tamamilə qanunsuzdur, ədalətsizdir. Məhkəmədə onun səhhəti barədə da danışdıq. Onun səhhəti ağırlaşmaqda davam edir. Şəkər xəstəsidir, artıq iki dəfə insulin qəbul edib. Səhhətində də ciddi problemlər var. Səhhəti bu qədər ağır olan insanın həbs müddətinin uzadılması ümumiyyətlə qeyri-insani rəftardır", - o bildirib.
 
Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova bildirib ki, o saxlanarkən götürülmüş telefonlarının geri qaytarılması ilə bağlı vəsatəti təmin edilməyib. 
 
"Birincisi biz telefonların, Qubad müəllimin 2 iphone telefonu 23 iyunda tutularkən əməliyyatçılar tərəfindən alınıb, sonradan bizə təqdim edilmədi.  Sonradan onun parollarını da istəmişdilər, amma Qubad müəllim verməkdən imtina etmişdi. Həmin telefonlar 7 aya qədərdir ki, istintaq orqanındadır, təqdim edilmir. Üstəlik dekabrda xoşagəlməz material mediada yayılmışdı, hansı ki, o video və şəkillər yalnız Qubad müəllimin telefonunda idi. Biz həmin telefonların qaytarılması və bu qədər müddətəq qanunsuz saxlanılması, şəxsi həyata müdaxilə, mülkiyyət hüququnun pozuntusu ilə bağlı məhkəməyə müraciət etdik. Məhkəmədə istintaq orqanı bildirdi ki, onlar maddi sübut kimi iş materiallarına əlavə edilib. Bizim suallarımıza cavab vermədilər ki, onlara baxış keçirilib, ekspertizaya göndərilibmi? Bildirildi ki, istintaq bitəndən sonra ancaq təqdim edə bilərik. Məhkəmə də bizim şikayətimizi təmin etmədi. İstintaq orqanı hələ də onu qanunsuz saxlanılmasına davam edir", - Sadıqova qeyd edib.

 
 
Bundan əvvəl Qubad İbadoğlunun həbsi daha 3 ay müddətinə uzadılmışdı. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Bundan sonra Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 

 
Aytac Zeynalova 
 

 
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol