• $
  • €
  • ₽
  • ₺
  • £

15 gündür dərsə gəlməyən şagirdin qızılcadan ölməsini məktəb təsdiqləmir

15 gündür dərsə gəlməyən şagirdin qızılcadan ölməsini məktəb təsdiqləmir
15.02.2024 16:08
Bakının Səbail rayonunun 51 saylı məktəbi həmin məktəbdə təhsil alan 8-ci sinif şagirdi Nuray İbrahimovanın qızılcadan ölməsi xəbərini təsdiq etməyib. Bunu anews.az-a açıqlamasında həmin məktəbin adını açıqlamasını istəməyən işçisi bildirib. 
 
Məktəb nümayəndəsi bildirib ki, şagird məktəbə gəlməməklə bağlı hər hansı arayış təqdim etməyib və ona gəlmədiyi hər günə görə qayıb yazılıb. 
 
"Hazırda ölüm səbəbini bilmirik. Şagird qış tətilindən sonra məktəbə qayıtmayıb. Həmin vaxtı babası rəhmətə gedib, bununla bağlı rayona gediblər. Ondan sonra məktəbə qayıtmayıb. Məktəbə hər hansı arayış da təqdim etməyib və ona gəlmədiyi hər gün üçün qayıb yazılıb", - məktəbin nümayəndəsi bildirib. 
 
Məktəbin direktoru və ya müavini ilə məlumatları dəqiqləşdirə bilərikmi cavabında məktəb nümayəndəsi bildirdi ki, hazırda onlar iclasdadır, danışmaq mümkün olmayacaq. 
 
Təhsil eksperti Kamran Əsədov anews.az-a söyləyib ki, əgər şagird bir gün məktəbə gəlməsə belə məktəb ərazi üzrə polis nümayəndəliyinə məlumat verməlidir. 
 
"İbtidai sinifdə heç bir halda məktəbdən kənarlaşdırma yoxdur. Qayda belədir : orda müddət göstərilmir. Yazılıb ki, ardıcıl şəkildə altı ay gəlməsə avtomatik uzaqlaşdırılmalıdır. Qanunvericiliyə görə məktəbin öhdəliyi şagirdi icbari təhsilə cəlb etməkdir. Və əgər valideyn uzunmüddətli şagirdin məktəbə gəlməsini təmin etmirsə bununla bağlı məktəb ərazi polis nümayəndəsinə məlumat verməlidir ki, uşağın icbari təhsili təmin olunmur. Əgər səhhətində bir problem varsa bununla bağlı sənəd təqdim etməlidir. Məktəbin öhdəliyi şagird bir gün belə gəlməsə onun hüquq tərəflə səbəblərini araşıdrmaqdır. Dərsdə iştirak etmədiyinə görə qayıb yazan müəllimdir. Amma məktəb direktorunun öhdəliyi odur ki, niyə gəlmədiyini müəyyənləşdirsin. Onla bağlı müvafiq sənədləri uşaq məktəbə gələndə gətirməlidir. Amma məlumatı olmalıdır, qeyd dəftərində yazmalıdır ki, şərti olaraq şagird niyə məktəbə gəlməyib", - ekspert vurğulayıb. 
 
Bu gün bəzi yerli mətbuatda 51 saylı məktəbin 8-ci sinif şagirdinin qızılcadan ölməsi xəbərləri yayılıb. 

Daha sonra TƏBİB açıqlama yayaraq bildirib ki, məktəbliyə qızılcanın ensefalitlə ağırlaşaması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu təyin edilib və aparılan reanimasyon tədbirlər nəticə verməyib. 

 
Gülnar Nazimqızı 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol