Yanvarda “Azəriqaz”a daxil olan müraciətlərin sayı azalıb

2024-cü ilin yanvarında "Azəriqaz” İstehsalat Birliyinə 123 349 müraciət daxil olub, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 826 müraciət azdır. Bunu "Azəriqaz" İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bildirib.
"Bu il ötən ilin eyni dövrü ilə müqayisədə 507 az müraciət qaz təzyiqinin aşağı olması ilə bağlı olub. Bu müddətdə daxil olan müraciətlərin arasında sayğaclarla bağlı müraciətlərin sayında 454 ədəd azalma var. Bu il daxil olan müraciətlər arasında sızma ilə bağlı müraciətlərin sayı 363 ədəd azalıb",- şöbə rəisi fevralın 16-da keçirilən "Açıq qapı” aksiyası zamanı jurnalistlərə açıqlamasında bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























