Mədət Quliyevdən Gülər Əhmədova ilə bağlı açıqlama

“Gülər Əhmədovanın həyatına heç bir təhlükə yoxdur”.APA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev deyib: “Bazar günü Gülər Əhmədovanın vəkili belə bir açıqlama ilə çıxış edib ki, guya qadın koloniyasına köçürülsə, onu təhlükə gözləyir. Bu məlumat yayılan kimi dərhal tapşırıq verdim və o məsələni araşdırdılar. Nəticədə məlum oldu ki, bu, həqiqətə uyğun məlumat deyil. Gülər Əhmədovanın həyatına hər hansı təhlükə yoxdur”. M. Quliyev deyib ki, Penitensiar Xidmət hər bir məhkumun həyatına zəmanət verir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























