Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edilib

Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə ekstradisiyası edilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Rusiya Cinayət Məcəlləsinin 196-cı maddəsi (Qəsdən müflisləşmə) ilə təqsirləndirilərək, həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilmiş 1966-cı il təvəllüdlü Rusiya vətəndaşı Qolubev Vladislav Vladimiroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
V.V.Qolubev ötən il noyabrın 11-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə bu gün Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























