• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan əhalisinin sayı açıqlanıb

Naxçıvan əhalisinin sayı açıqlanıb
16.02.2024 22:10
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublikada əhalinin sayını açıqlayıb. 2024-cü il yanvarın 1-nə olan proqnoza əsasən ötən illə müqayisədə əhalinin sayı 0,6 faiz çoxdur.

Naxçıvan MR Dövlət Statistika Komitəsinin əməkdaşı Elvin Quliyev bildirib ki, 1 yanvar 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı 468 566 nəfər olub ki, bu da 1 il öncəki göstəricidən 0,6 faiz çoxdur. Ümumi əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Əhalinin 35,5 faizi şəhər, 64,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı isə 85 nəfərdir.

Statistikaya əsasən, ümumi əhalinin 97,2 min nəfəri Naxçıvan şəhərində, 113 min nəfəri Şərur, 77,8 min nəfəri Babək, 50,7 min nəfəri Ordubad, 48 min nəfəri Culfa, 33,5 min nəfəri Kəngərli, 25,4 min nəfəri Şahbuz, 23 min nəfəri isə Sədərək rayonunda qeydə alınıb.

2023-cü ildən başlayaraq Naxçıvanda ev təsərrüfatlarının uçotunun aparılmasına başlanılıb. Bununla bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah təşkil edilib və statistik məlumatlar dürüstləşdirilərək mərkəzi elektron sistemə yerləşdirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol