Gəncədə 5 otaqlı ev yanıb

Gəncə şəhərində fərdi evdə yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Ordubadi küçəsi 101 ünvanında yerləşən, 1995-ci il təvəllüdlü E.Aslanova məxsus evdə qeydə alınıb.
Ümumi sahəsi 220 kvadratmetr olan 5 otaqlı evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Hadisə nəticəsində ev içərisindəki əşyalarla birgə tamamilə yanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























