Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində fevralın 18-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























