• $
  • €
  • ₽
  • ₺
  • £

DYP yol qəzaları ilə bağlı sürücülərə müraciət edib

DYP yol qəzaları ilə bağlı sürücülərə müraciət edib
19.02.2024 10:14
Son zamanlar bir çox yol qəzaları məhz sürücülərin avtomobil idarə edərkən ara məsafəsinə dair tələbləri pozmaları səbəbindən baş verir. Bunu Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətdə deyib. 

"Bu növ qəzalar sürücü intizamına, hərəkət iştirakçıları arasında qarşılıqlı məsuliyyət hissinə mənfi təsir göstərən, eləcə də vaxt və iqtisadi itkilərə yol açan kifayət qədər ciddi yol-nəqliyyat hadisələridir.

Yol hərəkəti qaydaları ara məsafəsi haqda sabit kəmiyyət müəyyən etmir. Bu sahədə qanunvericiliyin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Başqa sözlə sürücü hərəkət zamanı ara məsafəsini avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yol və hava şəraitindən aslı olaraq özü təyin etməlidir.

Bununla yanaşı, sürücünün təcrübəsi, hadisəyə reaksiyası, daşıdığı yük, eləcə də qarşıdakı avtomobilin qəza riski də nəzərə alınması vacib olan amillərdəndir.
Şəhər yollarında, xüsusilə də tıxaclarda ara məsafəsi mütləq gözlənilməlidir. Çünki, qarşıda baş verə biləcək kiçik bir toqquşma bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəzalara səbəb ola bilər. Avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə, ələlxüsus mobil telefondan istifadəyə aludə olan sürücüləri nəzərə alsaq, bu aqibətlə üzləşmə ehtimalının kifayət qədər yüksək olduğunu görərik. Baş Dövlət Yol Polisi İdarəsi kiçik qəzaların böyük faciələrə səbəb ola biləcəyini bir daha sürücülərin diqqətinə çatdırır və onları avtomobil idarə edərkən ara məsafəsinə dair tələblərə riayət etməyə çağırır",- müraciətdə bildirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol