Son bir ayda İİV-ə yoluxanların sayı açıqlanıb

Son bir ayda Azərbaycanda 108 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda bildirilib.
Ötən 1 ayda İİV-ə yoluxanlardan 106 nəfəri Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 8 nəfəri (7,5%-i) İnyekson Narkotik İstifadəçiləri olub.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, Daxili İşlər Nazirliyi bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 6 847 nəfər istiqamətləndirib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 162 nəfərdən 124 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
1987-ci ildən 2023-cü ilin sonuna qədər Azərbaycanda 9 258 İİV xəstəsi rəsmi qeydiyyata alınıb.
İİV infeksiyasının əsas risk qrupu gənclərdir.
Ölkədə İİV infeksiyasına yoluxanların 85 faizini 15-49 yaşlı insanlar təşkil edir.
Azərbaycanda səhiyyə ilə bağlı 12 dövlət proqramı qəbul olunub. Onlardan da biri İİV infeksiyası ilə bağlıdır.
Aytac Zeynalova
Ölkədə İİV infeksiyasına yoluxanların 85 faizini 15-49 yaşlı insanlar təşkil edir.
Azərbaycanda səhiyyə ilə bağlı 12 dövlət proqramı qəbul olunub. Onlardan da biri İİV infeksiyası ilə bağlıdır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























