Lənkəranda 6 yaşlı uşaq qızılcadan ölüb

Lənkəranda azyaşlı qızılcadan ölüb. Bu barədə TƏBİB açıqlama yayıb.
Bildirilir ki, Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35 radələrində "Kəskin tənəffüz çatışmazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.
Xəstənin vəziyyətinə uyğun olaraq o, dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Saat 23:55 radələrində ölüm faktı qeydə alınıb.
Xəstədə anadangəlmə kvadroplegiya, spastik tetraplegiya diaqnozları olub.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























