• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlanıb

Şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlanıb
19.02.2024 11:24
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş təyin olunub, həmçinin 22,5 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 000 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 494 avtomobil təqdim edilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 57,3 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.
 
Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan 2 094 şəxs 50,7 min reabilitasiya vasitəsi, o cümlədən 462 şəxs 483 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 331 min xidmət göstərilib.
 
2023-cü ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 1 500, postmüharibə dövründə 6 000, ümumilikdə ötən dövrdə 14 800 mənzil və fərdi ev verilib.
 
Bildirilir ki, ölkənin 23 şəhər və rayonunda ümumilikdə 200 mənzil və fərdi evi şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edib.
 
Müvafiq sərəncamla 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.
 
Aytac


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol