Bəxtiyar Hacıyevin həbsdən müraciəti yayılıb

İctimai fəal Bəxtiyar Hacıyev Rusiyanın həbsdə olan ana müxalifətinin lideri Aleksey Navalnının qəfil ölümü ilə bağlı həbsdə müraciət hazırlayaraq, sosial şəbəkələrdə yayılması məqsədilə "Müdafiə Xətti”nə göndərib”. Bu barədə "Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov facebook sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Aleksey Navalnının qəfil ölümü dünyanın hər tərəfində azadlıq ,ədalət və demokratiya uğrunda mübarizə aparan səxslər kimi onu da dərindən sarsıdıb.
"Onun ailəsinə, yaxınlarına və komanda üzvlərinə başsağlığı verirəm. Eyni zamanda, Ursula fon der Lyayen kimi bəzi Qərb rəsmilərini həm avtoritar rejimlərlə mübarizə cəsarəti göstərən siyasi məhbusların azadlığının və təhlükəsizliyinin qorunmasına çağırış etməsi, həm də jurnalistlərin, hüquq müdafiəçilərinin, ictimai fəalların həbslərdə ağır şəraitdə saxlanmalarına səssiz qalaraq bu avtoritar rejimləri "etibarlı tərəfdaş” adlandırması ükiüzlülüyünə son verməyə çağırıram. Heç kim zəmanət verə bilməz ki, Rusiyadakı faciə və qətl başqa avtoritar ölkələrdə təkrarlanmayacaq. Navalnının ölümündə Kreml hərəkətlərinə görə məsuliyyət daşıdığı qədər Qərb liderləri də hərəkətsizliyinə görə mənəvi məsuliyyət daşıyırlar!”,- müraciətdə bildirilib.
Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) , 289.1 (məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq) , 193-1 (cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərini və ya digər əmlakı leqallaşdırma) , 320.1 (rəsmi sənəd saxtalaşdırma) , 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.
ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























