• $
  • €
  • ₽
  • ₺
  • £

Astarada şagird zorakılığına etiraz edən psixoloq işdən qovulub - İDDİA

Astarada şagird zorakılığına etiraz  edən psixoloq işdən qovulub - İDDİA
22.02.2024 14:28
Astara şəhər S.Qasımov adına 4№ tam orta məktəbin psixoloqu Daşqın Əliyev şagirdə şiddət göstərən müəllimə etiraz etdiyi üçün işdən azad edildiyini iddia edir. Bu barədə Əliyev özü anews.az-a məlumat verib. 
 
"Müəllim Gülnarə Sadıqova şagirdin qolundan dartaraq onu düz oturmağa məcbur edib. Kurikulum sistemində uşağı əli əl üstünə qoyub düz oturmağa məcbur etmək qaydası nəzərdə tutulmayıb, həm də müəllimin  şagirdin qolundan dartması ona şiddət etmək  deməkdir. Mən bununla bağlı direktora etirazlarımı bildirdiyimə görə, o məni işdən azad edib. Otağına girib hansı əsasla işdən çıxarıldığını soruşanda cavab vermməyib,  hətta kobud şəkildə üstümə gələrək otağından çıxarıb. İşdən çıxarılmağım barədə əmrdə məktəbin ictimai mühitini guya pozduğum qeyd olunub. Nə şəkildə pozduğum, necə etdiyim barədə  məlumat verilməyib. Direktor vəziyyətin çətinləşdiyini, məni işdən çıxardığı üçün yaranacaq təhlükəni görüb səlahiyyəti direktor müavininə verib. Müavindən dəfələrlə soruşmağa cəhd etdim. Hətta hər hansı təxribata yol verilməməsi üçün bütün görüşlər zamanı söhbəti  qeydə almışam. Dəfələrlə sual verdim ki, nəyə görə çıxarırsız,  heç bir açıqlama verilmədi. Mən Gülnarə Sadıqovanın uşaqlara şiddət göstərmə videosunu direktora göstərəndə o, Gülnarə Sadıqovanın şagirdlərə şiddət göstərdiyini təsdiqləyir, lakin mənim də Gülnarə Sadıqovaya şiddət göstərdiyimi iddia edir. Məktəbdə olan hadisələrdən tək mən şikayətçi deyiləm, lakin cəsarət edib ictimailəşdirməyə çalışan mənəm. Bullinqə etiraz etdiyimə görə, mən  dörd dəfə  işdən çıxarıılışam. Bunu  da  üçü bu məktəbdə olub", - Əliyev bildirib.  
 
Məktəb direktoru Rəna Hüseynova ilə əlaqə saxlamağa cəhd etsək də, cavab ala bilmədik.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən anews.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, idarə yalnız  Daşqın Əliyev onlara rəsmi müraciət etdikdən sonra məsələ araşdırılacaq. 
 
"Daşqın Əliyev tərəfindən yuxarıda qeyd edilən iddialarla bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə hər hansı (iddialarını təsdiq edən sənədlərlə birgə) rəsmi müraciət daxil olmayıb. Müraciət etsin, məsələ araşdırılsın", - qurum qeyd edib.
 
Müəllim Gülnarə Sadıqovanın da məsələyə münasibətini verəyə hazırıq.  

Aygün Mirakif
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol