Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Fevralın 12-18-də azad olunan ərazilərdə 46 tank əleyhinə mina, 33 piyada əleyhinə mina, 525 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilir ki, 886.1 hektar ərazi minalardan təmizlənib.
Bundan əvvəl ANAMA açıqlama verərək bildirib ki, Ermənistan Azərbaycana azad olunmuş ərazilərdə mianalanmış sahələrlə dair 8 ədəd formulyarı verib, lakin formulyarlar qeyri-dəqiqdir.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir.
2023-cü ilin noyabrın 4-də BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva söyləyib ki, Azərbaycan minadan əziyyət çəkən ölkələr siyahısına daxildir.
Hazırda Azərbaycan minalardan əziyyət çəkən ilk 10 ölkə siyahısında yer alır.
2023-cü ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib