• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbli qıza cinayət işi açılıb - DİN - Yenilənib

Məktəbli qıza cinayət işi açılıb - DİN  - Yenilənib
20.02.2024 11:41
(Yazıya qara hərflərlə Daxili İşlər Nazirliyinin yeni açıqlaması əlavə olunub)
(yazıya qara hərflərlə məktəbin və Bakı Şəhər Təhsil İdarəsinin mövqeyi əlavə olunub)
 
Bakının 156 saylı məktəbinin yaxınlığında şagirdlərdən biri həmcinsi tərəfindən bulinqə məruz qalıb. Bu barədə görüntüləri bloger Saleh Nəsirov sosial hesabında paylaşıb.

"Bu hadisə Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdləri tərəfindən edilib. Zorakılığı törədən qızın adı Əliyeva Günel(ad şərti yazılıb) Bu şəxs öz sosial şəbəkəsində etdiyi zorakılığı dünən paylaşıb və fexr edir",-məlumatda qeyd olunub.
 
Videoda qeyri-etik davranışlar olduğu üçün yayımlamırıq.  
Görüntülər sosial şəbəkələrdə yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən anews.az-a bildirilib ki, hadisə 156 saylı məktəbin yaxınlığında baş verib və həmin məktəbin şagirdlərinin olması hələlik məlum deyil.

"Videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır",- DİN-in açıqlamasında qeyd olunub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb və istintaq hərəkətləri davam etdirilir. 
 
156 nömrəli tam orta məktəbi baş verən hadisəni təsdiq edib.

"Məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub,  aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir",- məktəbin açıqlamasında deyilir.
 ***
 
 
Bakı Şəhər  Təhsil İdarəsi 156 saylı məktəbdə baş verən hadisəni nəzarətə götürüb.
 
"Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək",- açıqlama qeyd olunub.
 
156 saylı məktəbin 11-ci sinif şagirdi Əliyeva Günel (ad şərtidir) həmcinsiə qarşı zorakılıq hərəkətləri etdiyi üçün ona cinayət işi açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 
 
Gülnar Nazimqızı
 

 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol