Bakıdan Ağstafaya gedən qatarın hərəkəti bərpa olunub - Yenilənib

Bakıdan Ağstafaya gedən sürət qatarı Hacıqabul istiqamətində elektrik naqillərinin qırılması səbəbindən hərəkətini dayandırıb. Bu barədə anews.az-a qatarda olan sərnişinlər məlumat verib.
Sərnişinlərin bildirdiyinə görə, naqillər qırılaraq vaqonların üzərinə düşüb. Qatarın 20 dəqiqədir hərəkətsiz olduğu deyilir.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarına sorğu ünvanlamışıq.
10:08
Azərbaycan Dəmir Yollarından qatarda texniki nasasızlıq yarandığı təsdiq edilib.
"Bu gün səhər saat 09:45 radələrində Bakı-Ağstafa istiqamətində hərəkət edən 706 saylı qatar kontakt sistemində yaranmış texniki nasazlığa görə Ələt-Atbulaq sahəsində dayanıb. Hazırda texniki problemin aradan qaldırılması istiqamətində zəruri işlər görülür. Sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması üçün əlavə qatar təyin edilib", - məlumatda deyilir.
11:14
Azərbaycan Dəmir Yollarından bildirilib ki, qatarların hərəkəti bərpa olunub və sərnişinlərin digər qatara mindirilməsi təmin olunub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























