Azərbaycan Rusiyadan buğda alışını artırıb

2023-cü il Azərbaycan Rusiyadan buğda alışını 0,9% artıraraq 1 milyon 17,453 min tona çatdırıb. Bu barədə İnterfaks məlumat yayıb.
Bildirilib ki, 1 ton üçün 246,11 dollar vəsait xərclənib.
Həmçinin Qazaxıstandan Azərbaycana buğda tədarükü 51 milyon 77,93 min dollar təşkil edib.
Azərbaycana idxal edilən buğda 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Belə ki, azadedilmə 2027-ci ilin martın 1-nə kimi uzadılıb.
2023- cü ilin sentyabrında Azərbaycana gətirilmiş buğdanın orta idxal qiyməti 404.35 manata bərabər olub.
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır.
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib