Dövlət qurumu zorakılığa məruz qalan uşaqlara sosial və psixoloji dəstək olacaq

Atası tərəfindən şiddətə məruz qalan azyaşlılara Ailə,Qadın və Uşaq Komitəsi tərəfindən psixoloji və sosial dəstək göstərilək. Bu barədə qurumdan bildirilib.
"Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları, Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) psixoloqu, sosial iş üzrə mütəxəsis və sosial pedaqoqu zərərçəkmiş ailə ilə görüşüblər. Bildirilib ki, evdə olan 3 azyaşlı qız dəfələrlə zorakılığa məruz qalıb. Dəfələrlə ayrılmaq istəsə də, valideynlər buna razılıq verməyib. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib.Mütəxəssislər uşaqlarla ətraflı söhbət aparıb, psixoloji və sosial dəstək göstərib. Uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur", - məlumatda deyilir.
Fevralın 20-də azyaşlı qız atası tərəfinən zorakılığa məruz qalıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Daxili İşlər Nazirliyi hadisəni araşdırıb və azyaşlı övladına qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədova qarşı cinayət işi açılıb.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























