• $
  • €
  • ₽
  • ₺
  • £

Kamil Zeynallı sərbəst buraxılıb - Vəkil/Yenilənib

Kamil Zeynallı sərbəst buraxılıb - Vəkil/Yenilənib
21.02.2024 15:39
(Yazıya qara hərflərlə idmançının azadlığa buraxılması ilə bağlı açıqlama əlavə olunub)
 
İdmançı Kamil Zeynallı Rusiyanın "Domodedovo”  hava limanında polislər tərəfindən saxlandığını deyir. Bu barədə idmançı sosial şəbəkə hesabından müraciət ünvanlayıb. 
 
Bildirilib ki, onun saxlanma səbəbi Ermənistan tərəfindən beynəlxalq axtarışa verilməsi ilə bağlıdır. 
 
"Mən "Domodedovo” hava limanında saxlanıldım. Bildiridilər ki, ya məni Ermənistan tərəfinə təhvil verəcəklər, ya da Ermənistan tərəfindən kimsə gəlib məni aparacaq. Bu məsələdə xalqımdan dəstək gözləyirəm", - o videomüraciətində qeyd edib. 
 
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir. 
 
"Məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır. Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək", - XİN anews.az-ın sorğusuna cavab olaraq bildirib. 
 
 
Azərbaycanın Rusiyadakı səfiri Bolad Bülbüloğlu idmançı Kamil Zeynallının Ermənistanın tələbi ilə saxlanıldığını caliber.az-a təsdiq edib. 

"O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu cinayət məcəlləsinin bir sıra maddələri ilə ittiham edir. K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq", - səfir bildirib. 
 
Ermənistan Baş Prokurorluğu sputnik Ermənistana açıqlamasında bildirib ki, azərbaycanlı idmançının həbsi ilə bağlı onlarda rəsmi məlumat yoxdur. 
 
Ermənistan mətbuatı yazır ki, Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

"Göstərilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”, - Ermənistan Daxili İşlər Nazirliyinin rəhbərinin mətbuat katibi Narek Sarkisyan Ermənistan mətbuatına bildirib. 
 
İdmançı Kamil Zeynallının vəkili Ələkbər Qarayev Qafqazinfo saytına bildirib ki,  müvəkkili Vətən müharibəsi başlayandan iki gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib.
 
"Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib. Vəkilin sözlərinə görə, hələ 48 saatlıq tutulma qərarı var. O, sabah həbs tələbi ilə məhkəməyə çıxarılacaq", - vəkil söyləyib. 
 
İdmançı Kamil Zeynallı sərbəst buraxılıb. Bu barədə Apa agentliyi məlumat yayıb.
 
 
Gülnar Nazimqızı 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol