Ölkədə avtobusların və mikroavtobusların iştirakı ilə baş verən qəzaların sayı açıqlanıb

2023-cü il ölkə ərazisində avtobus və mikravtobusların iştirakı ilə 42 nəqliyyat qəzası olub. Bu barədə Baş Dövlət Yol Polis İdarəsindən bildirilib.
Hadisə nəticəsində 24 nəfər ölüb, 37 nəfər isə yaralanıb.
Baş Dövlət Yol Polis İdarəsinin açıqlamasında deyilir ki, təhlillər nəticəsində avtobus və mikravtobusların köhnəlməsi və yararsız olması aşkarlanıb.
Azərbaycanda 2023-cü il ölkə üzrə 1636 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə 1,9% az olub. Qəzalarda 862 nəfər həlak olub, 1367 nəfər yaralanıb. Hadisələrin 42,5% gündüz, 38,9% gecə, 18,6% toran, 31,5% isə həftənsonları qeydə alınıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























