• $
  • €
  • ₽
  • ₺
  • £

53 saylı məktəbdə şagirdin döyülməsi iddiasına BŞTİ-dən açıqlama - Yenilənib

53 saylı məktəbdə şagirdin döyülməsi iddiasına BŞTİ-dən açıqlama - Yenilənib
21.02.2024 15:50
(Yazıya qara hərflərlə Bakı Şəhər Təhsil İdarəsinin açıqlaması əlavə olunub) 
 
53 saylı məktəbin 7-ci sinif şagirdi Əli Hüseynlinin(ad şərtidir) sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilir. Bu barədə vəkil Mehman Muradlı öz sosial hesabında yazıb. 
 
"53 saylı məktəbdən "xoş" xəbərlər gəlir. 7-ci sinif şagirdini sinif yoldaşları başına ağır zərbələr vurmaqla xəsarət yetiriblər. Hadisə məktəbdə olub. həmin uşağa qarşı ilk hadisə deyil və direktora bu barədə dəfələrlə deyilib. Direktor isə indiyənə kimi heç bir tədbir görmür", - vəkil öz facebook hesabında yazıb. 
 
Məsələ ilə bağlı 53 saylı məktəblə əlaqə saxladıq. Adını bildirməyən məktəbin işçisi bildirdi ki, hadisədən məlumatı yoxdur. Məktəb rəhbərliyi də iclasdadır. 
 
Bakı Şəhər Təhsil İdarəsindən məsələnin araşdırıldığı bildirilib.
 
Əldə etdiyimiz məlumata görə döyülməsi iddia edilən uşaq 53 saylı məktəbdə bu il gəlib. 
 
Bir gün əvvəl 156 saylı məktəbdə məktəbin keçmiş şagirdi həmin məktəbdə oxuyan 11-ci sinif şagirdi tərəfindən bulinqə məruz qalıb. Baş verən hadisə ilə bağlı məktəbin şagirdinə Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb. 
 
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, bununla bağlı polis orqanına bu gün müraciət daxil olub. 
 
"Bununla bağlı vətəndaş polis orqanına bu gün müraciət edib. Uşaq valideyni ilə birgə polis orqanına dəvət olunub. Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək", - Əliyev açıqlamasında söyləyib.
 
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, şagird sinifə bu il gəlib vəə sinfə adaptasiya baxımında çətinlik yaşadığı məlum olub.
 
"53 nömrəli tam orta məktəbdə qısnamaya məruz qaldığı iddia olunan uşaq 2023-cü ilin sentyabrından VII sinfin şagird kontingentinə daxil olub. Uşaqlar arasında mübahisə yaranması ilə bağlı məsələ məktəb rəhbərliyinin nəzarətindədir. Uşağın nənəsinin müraciətləri nəzərə alınaraq dərs ilinin əvvəlində direktorun iştirakı ilə həmin sinfin valideyn iclası da çağırılıb. İclasda sinifdə ciddi problem olmadığı və şagirdin sinfə adaptasiya baxımından çatinlik yaşadığı məlum olub. Bundan sonra şagirdə məktəb psixoloqu və müəllimlərin dəstək tədbirləri artırılıb. Sinif rəhbəri də 2023-cü ilin noyabr ayında daha təcrübəli müəllimlə əvəz edilib", - qurumun açıqlamasında deyilir. 
 
Hazırda 53 saylı məktəb  "Məktəblinin dostu” və "Şagird davranış qaydaları” layihələrinə qoşulub.

Gülnar Nazimqızı 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol