Azərbaycan vətəndaşları İrəvanda ev alıb - Ermənistan KİV

Azərbaycan vətəndaşları ən son 2022-ci il Ermənistanda 2 daşınmaz əmlak alıb. Bu barədə Ermənistan mətbuatı ölkənin daşınmaz əmlak komitəsinə istinadan yazıb.
Bildirilib ki, Azərbaycan vətəndaşları tərəfindən ilk dəfə ev alınması 2012-ci il olub.
2022-ci il alınan 2 mənzilin biri İrəvanda, digəri isə Lori Marzda (1 fərdi yaşayış evi) alınıb.
Ermənistan mətbuatının yazdığına görə, Azərbaycanla parelel Türkiyə vətəndaşları da 2023-cü il Ermənistanda 3 əmlak, 2022-ci il isə 11 əmlak alıblar.
Hüquqşünas Bəhruz Bayramov bildirir ki, Azərbaycan vətəndaşlarının Ermənistanda ev almasında hər hansı qanun pozuntusu yoxdur.
"Ermənistanda mənzil almaqda heç bir problem yoxdur. Bu Ermənistanın qanunları çərçivəsində həyata keçirilir. Bizdə də bu hal ola bilər. Xarici vətəndaşların ev alması mümkündür. Xarici vətəndaşlar yalnız torpaq ala bilməz. Əvvələr müharibə şəraitində yaşasaq da, bunun heç bir önəmi və yaxud qadağası yoxdur. Bizdə də mənzil almaq üçün qanunvericilikda heç bir qadağa yoxdur", - hüquqşünas əlavə edib.
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Əmlak Məsələləri Dövlət Xidmətindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü il Azərbaycanda 1577 əcnəbi vətəndaş ev alıb.
Son iki ilin statistikasında isə ev alan əcnəbi vətəndaşlar arasında Ermənistan vətəndaşı olmayıb.
Gülnar Nazimqızı
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























