Balakəndə fərdi yaşayış evi yanıb

Balakəndə dördotaqlı fərdi yaşayış evi yanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın saat 18:30-da rayonun Gərəkli kənd sakini Pədima Məhəmməd qızı Əlisoltanova məxsus, ümumi sahəsi 132 kv/m olan 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülmə işləri aparılır. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























