• $
  • €
  • ₽
  • ₺
  • £

Narkotiv və psixotrop maddələrin qanunsuz dövrüyəsi ilə bağlı neçə hadisə qeydə alınıb? - Rəsmi

Narkotiv və  psixotrop maddələrin qanunsuz dövrüyəsi ilə bağlı neçə hadisə qeydə alınıb? - Rəsmi
22.02.2024 15:45
2023-cü il Azərbaycanda narkotik vasitələrin psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 10057 hadisə qeydə alınıb, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,7% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
"Onların 65,3%-ni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 30,8%-ni eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,9%-ni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,9 %-ni güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edilib", - məlumatda deyilir. 
 
DSK hesabatına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törədən 8697 şəxs müəyyən edilib. 
 
Cinayət törədən şəxslərin 70,6%-i təhsil almayan və işləməyən şəxslər olub. 
 
Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumatına görə, 2024-cü ilin yanvarında Azərbaycanda dəyəri 22 milyon 476 min AZN qiymətində narkotik dövriyyədən çıxarılıb. 
 
Daxili İşlər Nazirliyinin 2023-cü il hesabatına görə Azərbaycanda 36811 cinayət hadisəsi qeydə alınıb ki, bu da 2022-ci ilin göstəricisindən 0,9% çoxdur. 
 
Bundan əvvəl Numbeo” analitik informasiya təşkilatının yanvarda açıqlanan hesabatına görə, Azərbaycan Cənubi Qafqaz üzrə cinayət indeksində 146 ölkə arasında 114-cü yerdə qərarlaşıb. 2022-ci il Azərbaycan bu statistika üzrə 111-ci yerdə olub. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol