• $
  • €
  • ₽
  • ₺
  • £

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib.

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib.
22.02.2024 16:40
Prezident İlham Əliyev "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Dəyişikliklə Təşkilat Komitəsinin üzvləri sırasına Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, "Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri Gülşən Axundova əlavə edilib.

Bundan əlavə, Təşkilat Komitəsinin üzvləri sırasından Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxarılıb.
Siyahıya Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Elm Fondunun İcraçı direktoru Mehriban İmanova, Gənclərin Gender Bərabərliyi Mərkəzi "Gender Hub” ictimai birliyinin sədri Məryəm Məcidova, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Natəvan Məmmədova, "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nigar Məmmədova, "SmartNation” platformasının təsisçisi” Şəbnəm Məmmədova, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva, Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf, Milli Məclisin deputatı Könül Nurullayeva, Bakı "Ağ Şəhər” layihəsinin baş direktoru Ruslan Sadıqov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri İnarə Vəliyeva, "Sağlamlığa Xidmət” ictimai birliyinin icraçı direktoru, "Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva, Milli Məclisin deputatı Fatma Yıldırım əlavə edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol