• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Türkiyə gəncləri arasında "Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq" forumu keçirilib

Azərbaycan və Türkiyə gəncləri arasında "Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq" forumu keçirilib
23.02.2024 16:34
Fevralın 23-də Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Bahçeşehir Universitetinin təşkilatçılığı ilə 300 gəncin iştirak etdiyi "Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq” adlı gənclər forumu keçirilib.
 
Tədbirdə giriş sözü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsini icra edən Vazeh Əsgərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Sevda Mansurova və Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu  çıxış ediblər.
 
Çıxışlar zamanı Azərbaycan-Türkiyə gəncləri arasında əlaqələrin inkişafı, regionda enerji təhlükəsizliyi, COP29 kimi ətraf-mühitlə bağlı beynəlxalq tədbirlərə gənclərin cəlb olunmasının zəruriliyi kimi mövzulardan bəhs olunub.
 
Daha sonra isə forum Bahçeşehir universitetinin professorları Zekeriya Tüzen, Abdullah Ağar, Ebru Canan Sokullu, Yücel Batu Salman, Ahmet Sedat Aybarın iştirakı ilə baş tutan panel müzakirələrlə davam edib.
 
Spikerlər Azərbaycan-Türkiyə münasibətlərinin regionda ekopolitik və geostrateji mahiyyəti, BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ətraf mühitin əhəmiyyəti və COP29-la bağlı mövzular ətrafında müzakirələr aparıb, iştirakçıların suallarını cavablandırıblar.
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol