• $
  • €
  • ₽
  • ₺
  • £

Həbs edilən Mirdaməd Əzizov kimdir? - Özünü general kimi təqdim edirdi

Həbs edilən Mirdaməd Əzizov kimdir? - Özünü general kimi təqdim edirdi
24.02.2024 00:10
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə Mirdaməd Əzizov rüşvət alma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ittihamı ilə həbs edilib.

"Qafqazinfo” xəbər verir ki, 1989-cu il təvəllüdlü Mirdaməd Əziz oğlu Əzizov son vaxtlar özünü daha çox əmlak eksperti kimi tanıdıb. O, yutub platformasında və digər resurslarda ekspert kimi çıxışlar edərək videolar paylaşıb.

Bundan başqa Mirdaməd Əzizovun bir müddət əvvəl saxta general-mayor rütbəli forma ilə fotoları yayılıb. 

İlkin araşdırmalar zamanı Mirdaməd Əzizovun özünü BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü kimi də təqdim etməsi də üzə çıxıb. O, bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olması barədə məlumatlar yayıb.

Qeyd edək ki, iş üzrə toplanmış ilkin sübutlar əsasında Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Baş Prokurorluq Mirdaməd Əzizovun əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun "961” Çağrı mərkəzinə və "161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələrini xahiş edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol