Azərbaycanda beynəlxalq poçt göndərişlərinin həcmi 50 %-ə yaxın azalıb

2024-cü ilin yanvar ayında Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 4 milyon 796 min ABŞ dolları, həcmi isə 19,9 ton təşkil edib.
Dövlət Gömrük Komitəsi məlumat verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 48,8 % və 38,7 % azdır.
Ötən ay Azərbaycana xarici ölkələrdən 4 milyon 665 min ABŞ dolları dəyərində 19,5 ton poçt göndərişi idxal edilib ki, bu da 2023-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 46,2 % və 37,9 % azdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























