Bakı və Gəncədə iki qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb.
Hadisə fevralın 22-də paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Əliyeva Xanım Təvəkkül qızı polisə müraciət edərək onunla birlikdə yaşayan 2008-ci il təvəllüdlü qızı Həziyeva Elnurə Həzi qızının itkin düşdüyünü bildirib. Ana ərizəsində qızının fevralın 22-si saat 00:30 radələrində naməlum istiqamətə getdiyini, evə qayıtmadığını bildirib.
Gəncə şəhərində isə 18 yaşlı qız itkin düşüb. Şəhər sakini Bayramov Bəhruz Nurəddin oğlu polisə müraciət edərək onunla birlikdə yaşayan övladı - 2006-cı il təvəllüdlü Bayramova Ləman Bəhruz qızının fevralın 16-da gecəyarı yaşadığı evdən çıxıb, geri qayıtmadığını bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























