• $
  • €
  • ₽
  • ₺
  • £

London və Edinburqda Xocalı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

London və Edinburqda Xocalı ilə bağlı məlumatlandırma aksiyası keçirilib
25.02.2024 09:02
Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri və Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü Fəridə Pənahovanın təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Xocalı soyqırımına aid foto və şüarları əks etdirən LED ekran quraşdırılmış maşınlar London və Edinburq şəhərlərində yerləşən rəsmi qurumların binalarının qarşısından keçməklə, əhalinin daha sıx olduğu mərkəzi küçələr boyunca hərəkət edib.

Artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsində Böyük Britaniyanın müxtəlif şəhərlərində təşkil olunan məlumatlandırma aksiyasının məqsədi yerli sakinlərin diqqətini Xocalı həqiqətlərinə çəkməkdir.

Xocalı faciəsi qurbanlarının xatirəsi hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində ehtiramla yad edilir. "Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası çərçivəsində diaspor təşkilatları tərəfindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni işğalçılarının mənfur əməllərini beynəlxalq müstəvidə tanıtmaq məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol