Lerikdə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Lerikdə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.
"Report”un məlumatına görə, hadisə Lənkəran-Lerik yolunun 51-ci kilometrində baş verib.
Nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü - Xalid Eyvazov və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.
Ölən şəxsin Lerikdə usta kimi çalışdığı bildirilir.
Hadisəyə yolun sürüşkənliyinin səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























