Bu gün İmişlidə qaz olmayacaq

Fevralın 26-ı İmişlinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat yayıb.
Qaz təchizatı dayandırılan müddətdə İmişli şəhəri daxil olmaqla, rayonun 2 qəsəbəsinin (Yeni Bəhrəmtəpə və Bəhrəmtəpə Məcburi Köçkünlər qəsəbələri) və 20 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
www.anews.az
Bildirilib ki, "Qaz İxrac" idarəsi tərəfindən "İmişli 1” ölçü qovşağının təftiş edilməsi, həmçinin "İmişli 2” qaz ölçü qovşağının istismara verilməsi məqsədilə impuls xətlərinin çəkilməsi, çoxparametrli sensorun və daraldıcı qurğunun quraşdırılması ilə bağlı fevralın 26-da saat 14:00-dan 18:00-dək "İmişli 1” ölçü qovşağından qazın nəqlinin dayandırılması planlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























