• $
  • €
  • ₽
  • ₺
  • £

COP29 Təşkilat Komitəsinin tərkibindəki QHT-lərlə və ekspertlərlə görüş keçirilib

COP29 Təşkilat Komitəsinin tərkibindəki QHT-lərlə və ekspertlərlə görüş keçirilib
26.02.2024 19:11
Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsində təmsil olunan QHT-lərlə, o cümlədən ekoloji profil üzrə fəaliyyət göstərən bir sıra ekspertlərlə görüş keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən verilən xəbərə görə, görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı Azərbaycan QHT-lərindən olan gözləntilər diqqətə çatdırılıb, onların COP29-da fəal şəkildə iştirakı üçün zəruri məsələlər müzakirə edilib.

Təşkilat Komitəsində dövlət qurumları ilə yanaşı, müvafiq profil üzrə işgüzar, ən fəal vətəndaş cəmiyyəti təsisatlarının yüksək səviyyədə təmsilçiliyi Azərbaycan dövlətinin QHT-lərə yaratdığı şəraitin, göstərilən böyük etimadın parlaq nümunəsidir.

Görüşdə COP29-la əlaqədar müvafiq Təşkilat Komitəsinin üzvləri – QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, "EkoSfera” Sosial Ekoloji Mərkəzinin İdarə Heyətinin sədri Firuzə Sultanzadə, "Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, "Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, "Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva, Gənclərin Gender Bərabərliyi Mərkəzi "Gender Hub” İctimai Birliyinin sədri Məryəm Məcidova, həmçinin ekoloji profil üzrə fəaliyyət göstərən bir sıra ekspertlər - İsa Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov və digər şəxslər iştirak edib.

Müzakirələr və müvafiq məsləhətləşmələr mütəmadi olaraq davam etdiriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol