Zaqatalada yaşayış evi yanıb

Zaqatalada ikimərtəbəli, doqquz otaqlı fərdi yaşayış evi yanıb.
Bu barədə Fövqaladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Yanğın hadisəsi saat 19:23-də rayonun Danaçı kəndində, kənd sakini Mohuma Məmməd oğlu Məmmədova məxsus, ümumi sahəsi 390 kv/m olan ikimərtəbəli, doqquz otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın məhdudlaşdırılıb, söndürülmə işləri aparılır.
İlkin məlumata görə, xəsarət alan olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























