Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur

Fevralın 27-də Azərbaycanda Novruzun ilk- Su çərşənbəsi qeyd olunur.
Bu çərşənbəni Yalançı çərşənbə, "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər
Martın 5-də Od, 12-də Yel və sonuncu ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.
Azərbaycanda Novruz 20-24 mart aralığına təsadüf edəcək. Nazirlər Kabinetinin qərarı ilə 23 və 24 mart həftəsonuna təsadüf etdiyindən 25 və 26 mart da qeyri-iş günü sayılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























